Gəmilərin Hörmüzdən keçidini təmin etmək üçün... Pezeşkian

24.03.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tehran ABŞ və İsraillə əlaqəsi olmayan gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək üçün bir sıra tədbirlər görüb.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

“Hörmüz boğazındakı vəziyyət ABŞ və İsrailin İrana qarşı təcavüzünün birbaşa nəticəsidir. Amma istənilən halda, İran naviqasiyanın təhlükəsizliyini və gəmilərin keçməsini təmin etmək üçün tədbirlər görüb və təcavüzkarlara məxsus olmayan və ya onlarla əlaqəli olmayan, təcavüzdə iştirak etməyən gəmilərin hərəkəti üçün lazımi əməkdaşlığı yaradacaq", - Pezeşkian bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью