Gəmilərin saxlanılması barədə agentliyə 2 ay əvvəl məlumat verilibmiş

08.01.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:
“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib”.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) isə məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.
Məlumat üçün deyək ki, girov saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью