Gənc aktrisa Moskvada qəzada həlak oldu

05.05.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Aktrisa Kseniya Dobromilova yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Moderator.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

Bildirilir ki, o, baykerlərin fotosunu çəkən zaman motosikletçilərdən biri idarəetməni itirib və onu vurub. Hadisə yerinə gələn həkimlər çoxsaylı sınıqlar alan qadını xilas edə bilməyiblər.

Motosiklet sürücüsü saxlanılıb.

Qeyd edək ki, 34 yaşlı Kseniya Dobromilova teatr təhsili alıb, müxtəlif səhnələrdə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью