Gənc ana hava limanında bilet növbəsini gözləyərkən uşaq dünyaya gətirib VİDEO

20.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

Gənc ana hava limanında bilet növbəsini gözləyərkən uşaq dünyaya gətirib - VİDEO

Mayami Beynəlxalq Hava Limanında bilet növbəsində gözləyən qadın uşaq dünyaya gətirən zaman hava limanının bütün işçiləri səfərbər edilib.

Sonxeber.az xarici mediyaya istinadən xəbər verir ki, dünən Florida ştatının Mayami şəhərində baş verən hadisədə American Airlines terminalında bilet alqı-satqısı üçün növbə gözləyən hamilə sərnişinin qəfil sancıları başlayıb.

Mayami-Dade Yanğından Xilasetmə Qrupunun saat 17:00 radələrində aldığı xəbərlə hadisə yerinə gələn tibb işçiləri doğuş prosesinin başladığını görüblər. Mayami-Deyd Polis Departamenti, ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları və hava limanının işçiləri doğuşa kömək ediblər.

Naməlum qadının oğlan uşağı sağlam doğulub. Hava limanı rəhbərliyi ana və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Gözlənilməz doğum anı hava limanında böyük həyəcan yaratsa da, əməkdaşların cəld müdaxiləsi təqdir edilib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью