Gənc atletimiz rekorda imza atıb

27.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gənc atlet İlahə Quliyeva Azərbaycan rekorduna imza atıb.

Oxu.Az xəbər verir ki, idmançımız atletika üzrə Bakı qış çempionatında fərqlənib.

O, 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib.

Qeyd edək ki, İlahə finişə 56.50 saniyəyə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью