Gənc azərbaycanlı satirik dünyasını dəyişib

11.04.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Güney Azərbaycanlı satirik Məhəmməd Yari cümə axşamı səhər Təbriz Mədəni Xəstəxanasında dünyasını dəyişib.

Gunaz.tv

O, iki gün əvvəl açıq ürək əməliyyatı keçirib və təəssüf ki, cümə axşamı, aprelin 10-i səhər ürək tutmasından dünyasını dəyişib.

Məhəmməd Yari son illərdə "Xaloğlu№ obrazı ilə məzmun hazırlayır, sosial problemlərə və yumoristik şəkildə müraciət edirdi.

Azərbaycanın bu sevimli sənətkarının dəfn mərasimi bu gün Təbrizin Rəhmət vadisində keçiriləcək. Ruhu şad olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью