Gənc boksçularımız Türküstanda beynəlxalq turnirdə

02.06.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib. Sport24.az xəbər verir ki, iyunun 6-dək davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamızın heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90) gücünü yoxlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью