Gənc cüdoçular arasında paytaxt birinciliyi olacaq

12.11.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

15–16 noyabrda cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək. Sport24.az bildirir ki, turnirdə 38 klub və idman cəmiyyətini təmsil edən 206 cüdoçu qüvvəsini sınayacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Turnir Abşeron Olimpiya İdman Kompleksində olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью