Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandasının Xaçmaz rayonunun Nabran qəsəbəsində təlim-məşq toplanışına start verilib.
İki həftə davam edəcək hazırlıq prosesi gənclər arasında Avropa çempionatına hazırlıq çərçivəsində təşkil olunub. Baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə keçirilən məşqlərdə əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib. Toplanış müddətində cüdoçuların dözümlülüyünün, güc göstəricilərinin və ümumi funksional hazırlığının daha da inkişaf etdirilməsi hədəflənir.
Qabil YUSİFOĞLU
XQ