Gənc cüdoçularımızı Avropa sınağı gözləyir

18.07.2025

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildiriblər. Qeyd edək ki, EYOF çərçivəsində cüdo yarışları iyulun 22–26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. 

İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

M.HACIXANLI 
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью