Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
31 may – 1 iyun tarixlərində Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
İdman.biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
İdmançılarımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq.
Qızlar 48 kq Fəridə Mirzəyeva 52 kq Xədicə Qədəşova 57 kq Fidan Qasımova Aytən Verdiyeva 63 kq Nilgün Rzayeva Fidan Əlizadə 70 kq Pərvanə Abdullayeva 78 kq Nigar Süleymanova İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.