Gənc diplomatlar Azərbaycanı təbrik edib

25.11.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gənc diplomatlar" (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. "Gənc diplomatlar" Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью