Gənc diplomatlar Azərbaycanı təbrik etdi

25.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Gənc diplomatlar" (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. "Gənc diplomatlar" Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur", - paylaşımda qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью