Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, gənc əsgər Orxan Şabanov güllə yarasından dünyasını dəyişib.
Hadisə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Həmçinin qeyd edək ki, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur. O, hərbi xidmətinin bir illik dövrünü başa vurub, orta təhsilli olub.
O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.