Gənc futbolçunun ölümünə səbəb olan sürücü də AZADLIĞA BURAXILDI

26.05.2025

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Bizim.Media-nın araşdırmasına görə, əfv olunanlar siyahısında Bəşirov Fəxrəddin Asif oğlu da var. 
O, cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, 2018-ci il oktyabrın 2-də, saat 10 radələrində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İsuzu" markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Qəza nəticəsində dünyasını dəyişənlərdən biri - Ayxan Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edib.
Fəxrəddin Bəşirov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2019-cu ilin mayında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью