Gənc görünmək istədi, həyatı kabusa çevrildi

26.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda daha gənc görünmək üçün təxminən 5 500 dollar ödəyərək estetik əməliyyatlar etdirən 52 yaşlı Yunis İlhanın səhhətində ciddi problemlər yaranıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əməliyyatlardan sonra İlhanın gözlərində quruluq, yanma və ağrı əmələ gəlib. O, səhhətindəki problemlərə görə 10 aydır işləyə bilmədiyini və maddi çətinliklərlə üzləşdiyini bildirib. Dörd dəfə əməliyyat olunduğunu deyən İlhan gözlərini tam bağlaya bilmədiyini, gecələr onları lentlə bağlayaraq yatdığını və görmə qabiliyyətini itirmək riski ilə üzləşdiyini vurğulayıb.

Ödədiyi təxminən 5 500 dolların geri qaytarılması tələbi rədd edilən İlhan həkimindən şikayətçidir. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью