Gənc hakim dəm qazından boğulub

11.01.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax Rayon Məhkəməsinin hakimi Taleh Kazımov dəm qazından boğularaq ölüb.

Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.

Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью