Gənc hakimlər üçün təlim seminar keçirilib

14.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11–12 iyul tarixlərində gənc hakimlər üçün iki günlük təlim-seminar təşkil olunub.

Seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Seminarda ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimliyə yeni başlayan gənclər olub.

Təlim çərçivəsində basketbol qaydaları və ikili hakimlik mexanikası ilə bağlı mövzular müzakirə edilib, həmçinin iştirakçılar fiziki testdən keçiblər.

Seminarın əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.

Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla keçən gənc hakimlər Uşaq Gənclər Basketbol Liqasının oyunlarına təyinat almaq imkanı qazanacaqlar.

Amil Həmzəyev “Neftçi”dən ayrıldı Cedi Osman Yunanıstanda qaldı - PAOK-la müqavilə Mollenhauer 3x3 basketbol üzrə dünya reytinqində liderdir Azərbaycanın U-20 basketbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb “Neftçi” “Madrid”lə qarşılaşacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью