Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat edib

21.07.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.

"Report" "Regio7" nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında dünyasını dəyişib.

O, məşq zamanı qəzaya uğrayaraq başını yerə çırpıb. Gənc idmançı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Alsina "Estrella Galicia" komandasının heyətində JuniorGP yarışmasında iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью