Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Korifey sənətkarımız Müslüm Maqomayevlə bağlı hər bir məqam bir xatirəni saxlayır.
Onun Azərbaycan mədəniyyətinin keçmiş SSRİ-də, Avropada tanınmasında misilsiz xidməti olub.
Bu istedadın tanınmasında mərhum prezident Heydər Əliyevin də böyük dəstəyi olub.
Böyük sənətkarın Ulu öndər Heydər Əliyevlə ailəvi dostluğu barədə dəfələrlə danışılıb.
Azpost.info “FOTOXRONİKA” layihəsi çərçivəsində təqdim etdiyi şəkildə həmin günlərin xoş dəqiqələri əks edilib.
Süfrə başında gənc İlham Əliyev, bacısı Sevil Əliyeva və Müslüm Maqomayev oturub. Foto 1970-ci illərin sonlarında çəkilib.
Prezident İlham Əliyev öz çıxışlarında Müslüm barədə həmişə böyük ehtiramla danışıb.