“Gənc istedadlar” liseyi 2025/2026 cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

08.06.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qəbul müsabiqəsində ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi iyunun 5-dən 20-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal vasitəsilə həyata keçirilir. Qəbul imtahanı iyulun 2-də keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 saatdır. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

- Riyaziyyat – 25 sual;

- Məntiq – 10 sual.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün: Telefon: (012) 510-74-54; (070) 313-37-20

Elektron-poçt: [email protected] / [email protected]

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью