“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

17.08.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə 2026/2027-ci tədris ili üçün müsabiqədənkənar qəbul elan edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi müsabiqə və olimpiadalarda, o cümlədən Respublika Fənn Olimpiadası və Məktəblilərarası Fənn Müsabiqəsində qızıl (I yer), gümüş (II yer) və ya bürünc (III yer) medal qazanmış VI-XI sinif şagirdləri arasında aparılır. Qəbul Azərbaycan və rus bölmələri üzrə həyata keçiriləcək. Müsabiqədənkənar qəbul üçün sənədlərin qəbulu avqustun 18-dən 31-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью