“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

26.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin builki məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu il liseyin 61 məzununun hamısı respublikamızın, həmçinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Liseyin məzunlarından 11-i təhsilini xarici ölkələrin tanınmış universitetlərində, 8-i isə BDU tələbəsi kimi davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью