“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

02.07.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, liseyə qəbul olmaq üçün 2551 nəfər müraciət edib. İmtahanın nəticələrinin iyulun 7-də açıqlanacağı gözlənilir.

“Gənc istedadlar” liseyi ölkənin ən yaxşı təhsil müəssisələri sırasındadır. Liseyin şagirdləri hər il beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda önəmli yerlər qazanırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью