Gənc media nümayəndələri SOCAR ın yaşıl enerji planı ilə tanış oldular

02.07.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İyulun 2-də Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın "Eko-park"ında gənc media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, sessiyada SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi Departamentinin rəisi Mustafa Qurbanlı təqdimatla çıxış edərək etibarlı və dayanıqlı enerji təchizatçısı kimi SOCAR-ın dekarbonizasiya strategiyası çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

"SOCAR Green" şirkətinin baş direktorunun müşaviri Elnar Mehdizadə çıxışında SOCAR-ın yaşıl enerji gündəliyindən və beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələrdən bəhs edib.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Daha sonra jurnalistlər "Eko-park"ın ərazisi ilə tanış olub, burada görülən işlər barədə məlumatlandırılıblar.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью