Gənc oğlan 16 yaşlı həmkəndlisini bıçaqladı

03.04.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqatalada bıçaqlanma hadisəsi baş verib. 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə aprelin 2-si axşam saatlarında rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2008-ci il təvəllüdlü N.H xuliqanlıq zəminində 2009-cu il təvəllüdlü həmkəndlisi K.Q-nın döş nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilən K.Q-nın vəziyyəti qənaətbəxşdir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью