Gənc oğlan Araz çayında batdı

20.06.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saatlıda gənc oğlan Araz çayında batıb.

Lent.az-ın məlumatına görə, hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, Novruzlu kənd sakini, 18 yaşlı Zəka Qasımovun çayda batması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və axtarışlar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью