Gənc oğlan dəm qazından zəhərlənərək öldü

30.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Şəmkirdə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 2003-cü il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью