Gənc oğlan nişanlısına təcavüz etdi, polisə zəng etdi ki... Masallıda şok olay | Icma.az
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Masallı rayonunda 1997-ci il təvəllüdlü İlyas yetkinlik yaşına çatmayan xalası nəvəsi və nişanlısı Nailəyə (adlar şərti verilib – red.) təcavüz edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, İlyas on altı yaşına çatmayan nişanlısı Nailə ilə 2023-cü ilin noyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Masallı rayonunun kəndində yaşayış evinin ikinci mərtəbəsində olan yataq otağında onun razılığı əsasında birlikdə öpüşüb-sevişiblər, ona qarşı seksual xarakterli hərəkətlər edib.
İlyas yetkinlik yaşına çatmayan qızla təbii yolla cinsi əlaqədə olub.
Sonra eyni yerdə və üsulla həmin əməllərini 2024-cü ilə kimi davam etdirib. İlyas Nailə ilə təbii yolla dəfələrlə cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən İlyasın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlyas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Nailə xalası oğlunun qızıdır, yəni xalası nəvəsidir: “Nailəni əvvəllər yaşadığım evə qohum kimi gedib-gələndə bəyəndim və gələcəkdə onunla ailə həyatı qurmaq fikrinə düşdüm.
Tam oxu
Xəbəri oxu