Gənc oğlan pul borcu üstündə uşaqlıq dostunun qanını tökdü TƏFƏRRÜAT | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə şəhərində 1996-cı il təvəllüdlü İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rəsula xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 oktyabr 2022-ci ildə, saat 24 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə Ü.Hacıbəyov küçəsində yerləşən “Taxtalı” çay evindəki otaqlarından birində baş verib.
İslam orada yüngül dərəcəli sərxoşluq vəziyyətində əvvəllər verdiyi 50 manat borc pulun geri qaytarılması ilə tanışı Rəsul ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi və ona yumruq zərbəsi yetirmək istəməsinə görə əsəbiləşib, qisas almaq məqsədilə üzərində olan bıçaqla bir dəfə vurub.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Rəsula bir müddət əvvəl borc versə də, hər dəfə borcu qaytarmaqdan yayınıb: “Gəncə şəhərində toy məclisində iştirak etdim.
Toydan sonra saat 22 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidəki “Taxtalı” adlanan çay evinə getdik.
Tam oxu
Xəbəri oxu