Gənc oğlan qətlə yetirildi Qardaşı şübhəli bilinir

22.08.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bakıda qətl hadisəsi baş verib.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Yaşadıqları evdə aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü Aqil Qulamzadənin qətlə yetirilməsində qardaşı, 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə şübhəli bilinir.

H.Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью