Gənc oğlan sürüşən maşının altında qalmaqdan son saniyədə qurtuldu ANBAAN VİDEO

27.02.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonu, Atyalı qəsəbəsində təhlükəli anlar yaşanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkədə geniş yayılıb. Videodan göründüyü kimi, “Toyota Prado” markalı avtomobil buzlu yolda sürüşərək arxa-arxaya hərəkət etməyə başlayıb. Bu zaman ərazidə yaşayan sakinlər maşını saxlamağa çalışıblar. Bu zaman onlardan birinin ayağı sürüşərək yerə yıxılıb və maşının təkərinin altında qalmaqdan son anda xilas olub. Xoşbəxtlikdən təhlükəylə üzləşən gənc oğlan özünü itirməyərək vaxtında ayağa qalxıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью