Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gənc oyunçularla bağlı yeni qayda müzakirə olunur
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
FİFA-nın Vankuverdə keçirilən iclasında klubların fəaliyyətinə ciddi təsir göstərə biləcək yeni qaydanın müzakirəsi aparılıb.
QOL.az xəbər verir ki, iclasda yeni tələbin tətbiqi ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələrin keçirilməsi yekdilliklə təsdiqlənib.
Bildirilir ki, futbol rəsmiləri dünyadakı bütün klubları əsas komandaların heyətində 20 (U-20) və ya 21 (U-21) yaşadək ən azı bir öz yetirməsini meydana buraxmağa məcbur edən qayda yaratmaq istəyirlər. Hələlik bu, sadəcə bir təşəbbüsdür və rəsmi qərar qəbul edilməyib.
Qeyd edək ki, sözügedən məcburi tələbin tətbiqi ilə bağlı təklif gələn il FİFA Şurasının müzakirəsinə çıxarılacaq.