Gənc qadın pitbull hücumunda həyatını itirdi

26.11.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

 Eyni anda 3-ü birdən hücum etdi



ABŞ-ın Texas ştatında 23 yaşlı Madison Hull, baxıcılıq etdiyi ailənin üç pitbullunu evə almaq istəyərkən onların hücumuna məruz qalıb və həyatını itirib.

Sherg.az xəbər verir ki, qonşuların xəbər verməsi ilə polis hadisə yerinə gəlib. İtlər polis məmuruna da hücum edincə onlardan biri vurularaq zərərsizləşdirilib.

Madison hadisə yerində həyatını itirib. Anası bildirib ki, qızı son vaxtlar pitbullların davranışında dəyişiklik olduğunu söyləyirmiş. Gənc qadın universiteti bitirməsinə 6 ay qalmışdı. Hadisə ilə bağlı istintaq davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью