Gənc qız məzara uzanıb, VİDEO çəkdirdi

28.10.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə sosial mediada maraq və mübahisə doğuran görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, gənc bir qız qəbiristanlığa gedərək məzarın üzərinə uzanıb və bu anları videoya çəkdirib.

Videoda o, "Ev işlərini görməkdənsə, burada uzanmaq daha rahatdır" deyə zarafatla bildirib. Qızın bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub.

Bəzi izləyicilər görüntünü qeyri-etik və hörmətsizlik kimi qiymətləndiriblər, digərləri isə bunu sadəcə gənclərin diqqət çəkmək cəhdi kimi dəyərləndiriblər.

Hazırda videonun paylaşıldığı platformalarda minlərlə baxış və şərh toplanıb.

Musa
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью