Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, motosiklet yolu keçən 2007-ci il təvəllüdlü Talıbova Zülfiyyə Atif qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.