Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İstanbulun Esenyurt rayonunda baş verən insidentdə taksi sürücüsü ilə piyada arasında mübahisə nəticəsində qadın yumruq zərbəsi alaraq huşunu itirib.
Avtosfer.az Haber Global-a istinadən xəbər verir ki,hadisə ötən gecə Bağlarçeşmə məhəlləsində qeydə alınıb. Yolun keçmək istəyən M.P. ilə taksi sürücüsü arasında mübahisə yaranıb. Mübahisə zamanı M.P.-yə sürücünün üzünə vurduğu yumruq zərbəsi onun huşunu itirməsinə səbəb olub. Daha sonra sürücü hadisə yerindən uzaqlaşıb.
Tibb işçiləri M.P.-yə dərhal yardım göstərərək onu xəstəxanaya çatdırıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və sürücünün M.R. olduğunu müəyyən edərək saxlayıb. Hazırda şübhəli polis nəzarəti altındadır.
İstintaq davam edir.(ajans.az)