Gənc qızın cansız bədəni sevgilisinin evində TAPILDI

30.01.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daha bir qadın şübhəli şəraitdə dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə yanvarın 26-na keçən gecə Türkiyədə Kocasinan rayonu Çakmak küçəsindəki mənzildə baş verib.

İddiaya görə Sedanur Akalın sevgilisi B.Ç.-nin evinə gedib. Burada yuxuya gedən Akalının bir müddət sonra ayılmadığını fərq edən B.Ç. və anası N.Ç. vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib. 

Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Səhiyyə rəsmiləri Akalının həyatını itirdiyini müəyyən edib. Akalının cansız bədəni yarılma üçün Ədliyyə Tibb Təşkilatına göndərilib. Hadisədən sonra B.C. və anası N.Ç. polis tərəfindən saxlanılıb.

Məryəm İlhamqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью