Gənc qızın qatili 28 il sonra tapılıb

30.01.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Stavropol şəhərində 28 il bundan öncə törədilmiş bir qətlin üstü açılıb. 

525.az Rusiya mediasına istinadən xəbər verir ki, 12 aprel 1997-ci ildə Stavropolda bir sənaye müəssisəsinin hasarının yaxınlığında 17 yaşlı qızın cəsədi tapılıb. Həmin zaman qatili tapmaq mümkün olmadığından cinayət uzun illər açılmamış qalıb. 

İndi müasir tədqiqat metodlarının tətbiqi sayəsində qızın geyimində naməlum bir şəxsin DNT-sini tapmaq mümkün olub. Həmin DNT sayəsində tezliklə 51 yaşlı şübhəli müəyyən edilərək saxlanılıb. Sorğu zamanı o, qətli törətdiyini etiraf edib.

Kişinin dediyinə görə, 1997-ci ildə o, 17 yaşlı bir qızla tanış olub və onu tanışının mənzilinə dəvət edib. Orada onlar spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, gənc qızı boğaraq öldürüb və cəsədin tapıldığı yerə atıb. 

ŞAHANƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью