Gənc qızları siqaret aludəçiliyindən necə xilas edək? Fazil Mustafa | Icma.az
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik.
Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar".Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkə paylaşımında bildirib.Deputat qeyd edib ki, təmiz havalı yer tapa bilmədiklərindən başqa məkan axtarışına çıxmayıblar:"Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik.Oturan kimi ətrafa diqqət etdim.
Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir... və əksəriyyəti siqaretı damağında tüstülədirdi.
İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim.
Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşımış.
Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür.Doğrudur, mən Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyimə görə bu barədə təsəvvürlərim sadəcə çevrəmdəki insanların söylədiklərindən qaynaqlanır.
Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması barədə xeyli məlumatları da qulaqardı etməzsək, durumun ciddiliyi barədə düşünməyimiz hər halda əsassız olmazdı.
Tam oxu
Xəbəri oxu