Gənc qlobal lider: Azərbaycanın müxtəlif iqlim zonaları memarlıq üçün ideal laboratoriyadır

04.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

COP29 zamanı Azərbaycanda keçirdiyim bir neçə həftə ərzində mövcud infrastrukturun vəziyyətini araşdırdıqdan sonra bu qənaətə gəldim ki, ölkədə həqiqi mənada “yaşıl binaların” formalaşması üçün böyük potensial mövcuddur.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Ka Design” atelyesinin təsisçisi və kreativ direktoru, Bramco Qrupunun prezidenti, Dünya İqtisadi Forumunun gənc qlobal lideri Kanika Devan deyib.

O qeyd edib ki, ölkə artıq enerji ixracından əldə etdiyi gəliri davamlı infrastrukturun qurulmasına yönəldə bilər. “Düşünürəm ki, gələcəkdə “yaşıl tikinti”nin inkişafı üçün enerji sərfiyyatının azaldılması və enerji səmərəliliyi əsas prioritetlərdən biri olacaq. Çünki “yaşıl tikinti”nin ən böyük üstünlüklərindən biri yerli resurslardan ağıllı şəkildə istifadə etməkdir. Xəzərsahili rütubətli, dağlıq, yarımsəhra bölgələr olmaqla, Azərbaycanın müxtəlif iqlim zonaları isə memarlıq üçün ideal laboratoriyadır. Hazırda “ağıllı bina” texnologiyaları artıq enerji istehlakı, su istifadəsi və havalandırma sistemlərini avtomatik tənzimləyə bilir. Gələcəkdə Azərbaycanda “smart & green” yanaşmasının daha çox yayılacağını, yəni binaların həm rəqəmsal, həm də davamlı olacağını düşünürəm. Unutmaq olmaz ki, bütün qərarların mərkəzində torpaq dayanmalıdır. Çünki Azərbaycanın əsas zənginliyi onun torpağından, dənizindən və dağlarından qaynaqlanır”, - deyə Kanika Devan əlavə edib.

Qeyd edək ki, Kanika Devannın AZƏRTAC-a məxsusi müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью