Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Çempionata qızıl medal hədəfi ilə yollanmışdım, amma doqquz turdan doqquz qələbə qazanmaq mənim üçün də böyük sevinc oldu. Turnir çox gərgin keçdi, xüsusilə həlledici turlarda güclü rəqiblərlə qarşılaşdım. Hələ son turdan əvvəl çempionluğu təmin etsəm də, sonuncu görüşə də qələbə əzmi ilə çıxdım və seriyanı qırmaq istəmədim”.
İdman.Biz xəbər verir ki, bu sözləri 18 yaşadək şahmatçılar arasında Avropa çempionu adını qazanan Nərmin Abdinova Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmi saytına açıqlama verərkən deyib.
Fenomenal nəticəyə imza atan gənc zəka sahibi qitə birinciliyindəki təəssüratlarını bölüşüb və qələbəsində əməyi olanlara minnətdarlığını bildirib:
“Bu uğurda üzərimdə əməyi olan məşqçilərimə, federasiyaya təşəkkür edirəm”.
Qeyd edək ki, yarışı maksimal nəticə ilə başa vuran Nərmin Abdinova (18 yaşadək qızlar) doqquzuncu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub edərək doqquz turda doqquz xalla fenomenal nəticəyə imza atıb.
18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını yeddiyə çatdırıb və qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların mübarizəsində isə Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və ölkəmizə bürünc medal qazandırıb.