Gənc şairdən başqa, daha 2 nəfər zəhərlənib Adlar Yeni Sabah

16.11.2024

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Dəm qazından vəfat edən gənc şair Rauf Ra (Qədimov) ilə bərabər daha 2 nəfər zəhərlənib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisədən zərər çəkən 21 yaşlı Məmmədrəhim Minayətov və 20 yaşlı Elmir Səlimov Respublika Taksikologiya Mərkəzinə çatdırılıb.

Tibbi yardıma baxmayaraq, Rauf Qədimov xəstəxanaya çatdırıldıqdan 1 saat sonra  vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью