Gənc şairin yeni kitabının imza mərasimi olub | Icma.az
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gənc şair Samir Əfsəroğlu yeni “Rəssam, sən susduğum yerləri çək” şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.
Təqdimat mərasimində poeziyasevərlər, söz aşiqi olanlar və ədəbiyyatla musiqinin harmoniyasını hiss etmək istəyənlər iştirak edib.
Tədbirdə çıxış edənlər S.Əfsəroğlunu təkcə şair kimi deyil, həm də dövrünün səsini, cəmiyyətin duyğularını, həmçinin itirilmiş ümidlərin tərcümanı olan bir sənətkar kimi xarakterizə ediblər.
Bildirilib ki, kitabın adı heç də təsadüfən seçilməyib. Bir tərəfdən şairin sükutunu bədii şəkildə ifadə etməsi, digər tərəfdən isə hər kəsi
Bu kitab yalnız şairin ürəyinin döyüntüsü deyil, həm də bu torpaqlarda yaşayan hər bir insanın duyğularının bir təzahürüdür.
İmza mərasimində şairin sözlərinə bəstələnmiş əsərlər də səsləndirilib. Sonda şair imzası ilə yeni kitabını şeirsevərlərə təqdim edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu