Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtda baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2101” markalı avtomobilin sürücüsü döngəyə çatan zaman əl əyləcini çəkib və sükanı sağa çevirib. Nəticədə yoldan çıxan maşın dərəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, qəzanı törədən sürücü videonu sosial şəbəkə hesabında paylaşıb. O, sərxoş halda avtomobili idarə etdiyini və əyləci tez çəkdiyini şərh bölməsində bildirib.
Nərmin