Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gənc sürücü piyada keçidində yaşlı qadını vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın İjevski şəhərində baş verən hadisə videoregistratora düşüb. Məlumata görə, 21 yaşlı sürücü idarə etdiyi “Škoda” markalı avtomobillə işıqforun qadağanedici siqnalında yüksək sürətlə hərəkət edərək piyada keçidindən keçən yaşlı qadını vurub. Daha sonra gənc sürücü avtomobildən düşərək hadisə yerini qaçaraq tərk edib. Zərbənin gücündən zərərçəkən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Sürücü saxlanılıb və onun barəsində cinayət işi açılıb.
Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:
Namiq Musayev