Gənc sürücüdən ağlasığmaz hərəkət Polis forması geyinib... VİDEO

13.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Zabaykal diyarında maraqlı fırıldaqçılıq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, gənc sürücü yanacaqdoldurma məntəqəsində (YDM) növbə gözləməmək üçün ağlasığmaz yola əl atıb.

O, internetdən sifariş etdiyi rəsmi polis formasını geyinərək növbədənkənar yanacaq doldurmağa çalışıb. Lakin onun bu planı elə iflasa uğrayıb. Belə ki, həmin vaxt ərazidə olan həqiqi polis əməkdaşı saxta həmkarını dərhal fərq edərək onu saxlayıb.

Araşdırma zamanı gəncin hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsinin olmadığı və formanı sadəcə üstünlük əldə etmək üçün aldığı məlum olub.

Dələduz sürücü barəsində polis geyimini qanunsuz daşıma maddəsi ilə inzibati protokol tərtib edilib.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью