Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası olub FOTO

09.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İyunun 7-də Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib.

APA xəbər verir ki, Cəfər Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью