Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Milan”ın “radar”ında olan Nikolo Tresoldi üçün “Brügge” klubu tərəfindən ciddi maliyyə baryeri yaradılıb.
Futbolpress.az xəbər verir ki, Belçika təmsilçisi mövsümün əsas ulduzuna çevrilən gənc hücumçu üçün 60 milyon avro tələb edir. Klub tələb olunan məbləğ ödənməyəcəyi təqdirdə danışıqlara getmək niyyətində deyil.
Cari mövsümdə 17 matçda 14 qol vuran, o cümlədən Çempionlar Liqasında “İnter”in (Milan) qapısına het-trik edən Tresoldi “Milan”da oynamaq arzusunu heç vaxt gizlətməyib. Lakin müqaviləsi 2029-cu ilə qədər qüvvədə olan futbolçu üçün hələlik rəsmi danışıqlara start verilməyib.