Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənc ulduzun uğur tilsimi davam edir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İspaniya milli futbol komandası hücumçu Lamin Yamalın əsas heyətdə yer aldığı son 21 matçda məğlubiyyət üzü görməyib.
QOL.az xəbər verir ki, bu barədə “Opta” portalı məlumat yayıb. Komanda 2026-cı il dünya çempionatının H qrupunun 2-ci turunda Səudiyyə Ərəbistanı milli futbol komandasını 4:0 hesabı ilə məğlub edib.
Yamalın startda olduğu bu seriyada İspaniya 15 qələbə, 6 heç-heçə əldə edib, rəqib qapılarına isə 60 qol vurub. Gənc futbolçu isə bu oyunlarda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, iki turdan sonra 4 xalla qrup lideri olan İspaniya növbəti matçını iyunun 27-də Uruqvay milli futbol komandasına qarşı keçirəcək.